Tramp İrana zərbə endirməkdən çəkinməyə çağırıldı


  • 09:43

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud avqustun 1-də Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla telefon danışığı zamanı bu ölkənin İrana qarşı yeni və güclü zərbələr endirmək planlarından narahatlığını bildirib. O, Donald Trampdan hücumlardan çəkinməsini istəyib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" xəbər agentliyi məlumat yayıb.

Həmçinin bildirilib ki, Qətərdən olan vasitəçilər də avqustun 1-də İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Oman nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Qətər tərəfi Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı razılığa gəlməyə ümid edib. Nəşr bu məsləhətləşmələr zamanı irəliləyiş əldə olıunduğunu yazsa da, təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, avqustun 1-də “CBS News” mənbələrə istinadən ABŞ-nin və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını bildirib.

Oxşar xəbərlər