- 10:42
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp İrana planlaşdırdığı hücumu ləğv etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə o, “Truth” sosial media hesabında yazıb.
Donald Tramp bildirib ki, ABŞ ən güclü səviyyədə İrana qarşı hücuma hazır vəziyyətdədir. “Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri razılaşma olduğu üçün bizdən hücumu dayandırmağımızı istədilər.
Buraya Hörmüz boğazının dərhal və tam açılması, həmçinin İranın nüvə təhdidinə son qoyulması daxildir. Dünyanın gələcəyinin xeyrinə və eyni zamanda, uğurlu və çiçəklənən İran üçün tez bir zamanda razılaşma əldə etmək şərti ilə hücumu ləğv etməyə razı oldum. İsrail də bu öhdəliyə qoşulur”,- deyə ABŞ Prezidenti əlavə edib.