Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi


  • 15:11

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib.

E-huquq.az xəbər verir ki, müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.

"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.

Oxşar xəbərlər