- 10:59
Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İznik rayonunda iki avtomobil toqquşub.
Qəza nəticəsində iki nəfər həyatını itirib, altı nəfər isə xəsarət alıb.
Hadisə yerinə tibb qrupları göndərilib.
Yaralılar təcili yardım maşını ilə İznik və Yenişehir dövlət xəstəxanalarına çatdırılıb.
Qəzanın səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə