Misirdə güclü zəlzələ oldu


  • 10:19

Misirin İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, episentri Misirin İsmailiyyə şəhərində yerləşən zəlzələnin 5,47 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Misir mətbuatında yer alan məlumatlara əsasən, ilkin qiymətləndirmələrə görə, paytaxt Qahirə və ətraf şəhərlərdə də hiss olunan zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.

Yeraltı təkanlar Misirlə yanaşı, İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər