- 10:59
"İran İsrailə hücum edəcəyi təqdirdə ona "ağır zərbə" endiriləcək".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "Kanal 14" telekanalına müsahibəsində danışıb.
Nazir mövcud regional vəziyyət və İranla gərginlik barədə fikirlərini bölüşərək bildirib ki, İran İsrailə hücum edərsə, buna sərt cavab veriləcək.
"İran İsrailə hücum etsə, dağıdıcı zərbə alacaq və onlar bunu çox yaxşı bilirlər", - deyə Kats vurğulayıb.
İsrailin hərbi əməliyyatlarının nəticələrinə də toxunan nazir yerli medianın əldə olunan "hərbi uğurları" kifayət qədər işıqlandırmadığını iddia edib. Onun sözlərinə görə, hökumət bu nəticələr barədə ictimaiyyəti məlumatlandırmağı davam etdirəcək.
Katz həmin "uğurlar" sırasında İranın ali rəhbəri Ayətullah Əli Xamenei və digər yüksək rütbəli İran rəsmilərinin öldürülməsini də qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 31-də verdiyi açıqlamada Vaşinqtonun zərurət yaranacağı təqdirdə İrana "çox ağır zərbələr" endirəcəyini bildirib.
Şəbnəm Mehdizadə