ABŞ və İran arasında danışıqların əsas mövzusu məlum oldu


  • 10:35

Bu gün ABŞ və İran arasında baş tutacaq danışıqlar zamanı əsasən Hörmüz boğazı vasitəsilə tammiqyaslı gəmiçiliyin bərpası və İran limanlarına qarşı ABŞ blokadasının aradan qaldırılması məsələlərinə diqqət yetiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqların mövzularından biri də regionda, o cümlədən İraqdakı İranpərəst silahlı qruplaşmalar tərəfindən həyata keçirilən bütün zərbələrin dayandırılması olacaq.

Digər mühüm məsələ isə İran neftinin maneəsiz ixracının yenidən bərpa edilməsidir.

Qeyd edək ki, Yaxın Şərqdə vasitəçilik edən ölkələr yaxın günlərdə ABŞ və İranla təmaslarını fəallaşdırmağı planlaşdırırlar.

Humay Eminqızı

Oxşar xəbərlər