- 11:57
ABŞ-nin Vaşinqton ştatının Spokan bölgəsində meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Spokan bölgəsində davam edən 15 yanğın təxminən 101 000 hektar əraziyə ziyan vurub.
Rəsmilər bölgədə təxminən 60 000 nəfərin təxliyə edildiyini və 600-dən çox tikilinin yararsız hala düşdüyünü bildirib.
Yanğınlar hələ nəzarət altına alınmayıb.
Sürəti saatda 56 kilometrə çatan küləklər səbəbindən bölgədə yanğın təhlükəsi davam edir.
Xatırladaq ki, Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson meşə yanğınları səbəbindən avqustun 1-də ştat ərazisində fövqəladə vəziyyət elan edib.
Humay Eminqızı