Rusiyada prokurorluq binası yaxınlığında terror aktının qarşısı alınıb


  • 11:57

Rusiyanın Pyatiqorsk şəhərində prokurorluq binası yaxınlığında terror aktının qarşısı alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Terror aktını törətməyi planlaşdıran 2001-ci il təvəllüdlü şəxs saxlanılıb.

Qeyd edək ki, o etirafedici ifadə verib.

Onun sözlərinə görə, işləmək məqsədilə Moskvadan Pyatiqorsk şəhərinə gəlib.

Şübhəli şəxs internet vasitəsilə beynəlxalq terror təşkilatının üzvləri ilə tanış olub, kuratorun göstərişinə əsasən prokurorluq binasını videoya çəkərək görüntüləri göndərib.

O, partlayıcı qurğu hazırlamaq üçün lazım olan hissələri əldə edərkən saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq) üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər