- 13:30
Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 85 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 300 000-dən çox sakin təbii fəlakətdən zərər çəkib.
Bildirilib ki, 349 yaşayış məntəqəsi su altında qalıb.
Daşqınlar 15 400 hektar kənd təsərrüfatı sahəsinə ziyan vurub.
10 ərazidə 44 yardım düşərgəsi qurulub. Sözügedən düşərgədə təxminən 15 000 nəfər müvəqqəti yaşayır.
Humay Eminqızı