Yaponiyada zəlzələdə ölənlərin sayı 38-ə çatdı


  • 12:56

Yaponiyanın cənubundakı Küsü adasında yerləşən Kumamoto prefekturasında baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 38 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “NHK” dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, dağıntılar altından yaralı halda çıxarılan 13 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Evlər və iş yerləri də daxil olmaqla, ümumilikdə 4 600 tikili zərər görüb.

Hazırda 46 000 ev və iş yerində su təchizatı kəsilib.

8 500 nəfər 206 təxliyə mərkəzində sığınıb.

Xatırladaq ki, zəlzələ iyulun 28-də yerli vaxtla saat 16:27-də qeydə alınıb.

Humay Eminqızı

Oxşar xəbərlər