- 15:47
İspaniya Şimali Afrikadakı ərazisi olan Seuta şəhərinə qeyri-qanuni miqrant axını ilə bağlı Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarından həmrəylik gözləyir.
E-huquq.az İspaniyanın “El País” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albares açıqlayıb.
Nazirin sözlərinə görə, İspaniya Aİ-yə üzv 27 ölkənin daxili işlər nazirlərinin və Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə keçiriləcək iclasda digər üzv dövlətlərdən dəstək gözləyəcək.
XİN başçısı Mərakeşin də böhranın həlli istiqamətində ilk gündən əməkdaşlıq etdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə