Polşada ukraynalılara qarşı törədilən cinayətlərin sayı artıb


  • 15:01

2025-ci ildə Polşada ukraynalılara qarşı törədilən cinayətlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirinin müavini Çeslav Mroçek məlumat verib.

"Ukraynalılara qarşı yönəlmiş cinayət və hüquq pozuntularının sayı artır. Bunlar milliyyətçilik zəminində nifrət motivli cinayətlərdir”, - Mroçek deyib.

Onun sözlərinə görə, 2025-ci ildə bu cür cinayətlərin sayı 2024-cü illə müqayisədə 30% artıb.

Bu cür cinayətləri araşdırmaq üçün xüsusi polis qrupu da yaradılıb.

Mroçek 2026-cı ilin birinci yarısında əcnəbilər tərəfindən törədilən cinayətlərin sayının azaldığını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər