- 16:29
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağında atəşkəsi pozması nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 250 nəfərə, yaralananların sayı isə 4 110 nəfərə çatıb.
Dağıntılar altından 804 nəfərin cəsədi çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 375 nəfərə, yaralananların sayı isə 174 220 nəfərə çatıb.
Humay Eminqızı