- 16:29
Fransada meşə yanğını törətməkdə şübhəli bilinən 375 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan 142-si yetkinlik yaşına çatmayan şəxslərdir.
Qeyd edək ki, Fransanın cənub-qərbindəki Jironda departamentində baş verən yanğın nəzarət altına alınıb. Var departamentində isə yanğınsöndürənlər hələ də alovun qarşısını almağa nail olmayıblar.
Avropada xüsusilə İspaniya və Fransada meşə yanğınları bu il rekord səviyyəyə çatıb.
Humay Eminqızı