- 16:29
İyunun 26-dan bəri Pakistanda davam edən güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 140-a çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışların avqustun 4-dək davam edəcəyinin gözlənilir.
Yağıntıların ani daşqınlara səbəb ola biləcəyi istisna edilmir.
Güclü yağışlar Heydərabad şəhərində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Sind əyalətinin Baş naziri Seyid Murad Əli Şah əyalət administrasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib və bütün aidiyyəti qurumlara fövqəladə hallara hazırlıq və müvafiq tədbirləri gücləndirmək barədə göstəriş verib.
Şəbnəm Mehdizadə