- 01:20
Qara dənizdə, Novorossiysk yaxınlığında dron hücumuna məruz qalan "Nadejda" gəmisinin heyəti Rusiya limanına təhlükəsiz şəkildə təxliyə olunub. Gəmidəki 22 heyət üzvündən 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumatlara görə, üç dənizçinin vəziyyəti ağırdır.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hadisə avqustun 3-də Novorossiyskdən Samsuna hərəkət edən gəminin sahildən təxminən 20 dəniz mili məsafədə olarkən baş verib.
Kapitan Yalçın Şahinin açıqlamasına görə, hücum 6-7 dron vasitəsilə həyata keçirilib. Gəmidə yanğın hələ də davam edir və ərazidə təhlükə yüksək qaldığı üçün xilasetmə işləri məhdudlaşıb.