- 00:44
Rusiya Federasiyasının Belqorod vilayətinin Oktyabrski kəndində pilotsuz uçuş aparatının avtomobilə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bölgənin əməliyyat qrupundan verilən məlumata görə, hücum zamanı maşında olan qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Qəlpə yaraları alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.