- 11:45
ABŞ-nin Vaşinqton ştatının Spokan bölgəsində meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
3 000 hektarı ötən yanğın nəticəsində 700-dən çox tikili məhv olub.
Yanğınlar hələ nəzarət altına alınmayıb.
Rəsmilər bölgədə təxminən 65 000 nəfərin təxliyə edildiyini bildirib.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmadığını bildirib: “Əvvəllər yardım istəyən, lakin sonradan əlaqə kəsilən 14 nəfərlə yenidən bağlantı yaratmağa çalışırıq”.
Humay Eminqızı