- 11:45
Türkiyənin Antalya şəhərində tur xidmətləri göstərən qayıqda yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Antalyanın Kumluca rayonunun Adrasan məhəlləsində yerləşən Kargıcak körfəzində qeydə alınıb.
Məlumata görə, "Mustafa Bey" adlı qayıqda naməlum səbəbdən yanğın başlayıb.
Qayığın sahildən uzaqda yerləşməsi səbəbindən yanğınsöndürmə briqadaları hadisəyə birbaşa müdaxilə edə bilməyiblər. Bundan sonra əraziyə Sahil Mühafizəsi Komandanlığının əməkdaşları cəlb olunub.
Yanğın baş verən zaman göyərtədə heç kim olmayıb.
Nəticədə qayıq tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə