Sərnişin avtobusu aşdı, 20 nəfər yaralandı


  • 11:05

Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin İncesu rayonunda sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Əraziyə yanğınsöndürənlər, polis, jandarma, AFAD və tibb qrupları cəlb edilib.

Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra onlar Kayseridəki xəstəxanalara aparılır.

Qəzanın səbəbi araşdrılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər