- 12:54
Qırğızıstanda meyitləri kremasiya etmək qadağan edilib.
E-huquq.az xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov "Dəfn və cənazə işi haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Dəyişikliklərə əsasən, qanun krematoriyalarda vəfat etmiş insanların, sahibsiz meyitlər, eləcə də abort edilmiş və ölü doğulmuş dölün yandırılmasını birbaşa qadağan edir.
Bundan sonra Qırğızıstandakı krematoriyalar yalnız tibbi fəaliyyət nəticəsində yaranan bioloji obyektlərin sanitar məqsədlərlə termiki məhv edilməsi üçün istifadə oluna biləcək. Söhbət insan orqan və toxumalarından gedir.
Qanundan həmçinin içərisində kül olan urnaların basdırılması ilə bağlı müddəalar da çıxarılıb. Qanun 10 gün sonra qüvvəyə minəcək.
Humay Eminqızı