- 12:38
Yaponiya hökuməti iyulun 28-də Kumamoto prefekturasında baş verən güclü zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün ehtiyat fondundan 24,2 milyard yen (təxminən 153 milyon dollar) vəsait ayıracaq.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat yayıb.
Məlumata görə, ayrılmış vəsaitin əsas hissəsi zəlzələdən ciddi zərər görmüş ərazilərdə təmir və bərpa işlərinə, o cümlədən yol infrastrukturu və körpülərin bərpa edilməsinə, təxliyə mərkəzlərində müvəqqəti yaşayış yerlərinin təmin edilməsinə və ərzaq, yataq kimi maddi yardımların göstərilməsinə yönəldiləcək.
Xatırladaq ki, iyulun 28-də baş vermiş 7,1 bal gücündə zəlzələ ölkədə son illərin ən güclü zəlzələlərindən biri idi.
Humay Eminqızı