Konqoda Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb


  • 14:16

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 657 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yaşareviç məlumat verib.

O, Cenevrədə keçirilən brifinqdə bildirib ki, 1 avqust tarixinə olan məlumata görə, 3 748 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Yaşareviçin sözlərinə görə, virusla mübarizə tədbirlərini genişləndirmək üçün təkcə maliyyə deyil, həm də digər resurslar şəklində əlavə dəstəyə ehtiyac var. Söhbət müalicə müəssisələrinin imkanlarının artırılmasından, sahə tədqiqatı qruplarından, mərhumların təhlükəsiz dəfnini həyata keçirən briqadalardan və s. gedir.

Humay Eminqızı

Oxşar xəbərlər