- 16:36
Qədim Roma ilahəsi Veneranın mərmərdən hazırlanmış və təxminən 2 min il yaşı olan heykəlinin başı İspaniyanın Alikante şəhərindəki çimərlikdə aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, heykəl çimərliyin abadlaşdırılması layihəsi çərçivəsində xəndək qazılan zaman fəhlələr tərəfindən aşkar edilib.
Hadisə yerinə arxeoloqlar çağırılıb.
Heykəlin burun və çənə nahiyəsində kiçik zədələr müşahidə olunur.
Tapıntının çəkisi 14 kq, hündürlüyü 22,2 sm, eni isə 19,8 sm-dir.
Mütəxəssislərin ilkin qənaətinə əsasən, bu baş ayrıca büst deyil, tam ölçülü bir heykəlin hissəsi olub.
Hazırda əsər Alikante Müasir İncəsənət Muzeyində saxlanılır. Burada mütəxəssislər onun təmizlənməsi və ətraflı tədqiqi ilə məşğuldurlar.
Humay Eminqızı