- 16:46
İyul ayı Fransada orta temperaturun 24 dərəcəni keçdiyi ən isti ay kimi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın meteorologiya xidməti Météo-France məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, müşahidələrin aparıldığı dövr ərzində ölkədə ən isti iyul ayı qeydə alınıb. İyul ayında orta temperatur 24,9 dərəcə təşkil edib.
Bildirilib ki, əvvəlki rekord 2003-cü ilin avqustunda qeydə alınan 24,8 dərəcə, ikinci ən yüksək göstərici isə 2006-cı ilin iyulunda müşahidə olunan 24,4 dərəcə olub.
Bununla yanaşı, yağıntının normadan 70 faiz az olması səbəbindən bu il iyul ayı müşahidələr tarixində üçüncü ən quraq iyul kimi qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, rekord istilər və quraqlıq meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırıb.
Hazırda Fransa tarixinin ən ağır meşə yanğını mövsümlərindən birini yaşayır. Cari ildə ölkədə 117 min hektar ərazi yanaraq məhv olub.
Şəbnəm Mehdizadə