- 17:04
Yunanıstanın paytaxtı Afinanı da əhatə edən Attika bölgəsinin qərb hissəsində 2018-2026-cı illər ərzində baş vermiş irimiqyaslı meşə yanğınlarında 48 min hektardan çox ərazi yanıb.
E-huquq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Meşə Yanğınları Məlumat Sisteminin (EFFIS) təhlillərində yer alır.
31 iyul 2026-cı ildə Porto Germeno bölgəsində baş vermiş sonuncu irimiqyaslı yanğından sonra aparılan qiymətləndirmə zamanı məlum olub ki, 2018-2026-cı illər ərzində Qərbi Attikada baş verən altı böyük meşə yanğını nəticəsində 48 min hektardan çox ərazi yanıb.
Porto Germenodakı yanğının hələ tam söndürülmədiyinə görə yanğın nəticəsində zərər çəkmiş əraziyə dair cari hesablamalar 2 avqust günüorta saatlarına qədər əldə edilmiş peyk məlumatlarına əsaslanır və yanğın tam nəzarət altına alındıqdan sonra yekun zərər qiymətləndirməsi yenilənəcək.
Afina Milli Rəsədxanasının yanğın meteorologiyası üzrə mütəxəssisi Kostas Yannaros bildirib ki, Porto-Germenodakı yanğın öz hava axınını yaradacaq qədər böyüyüb və bu da nisbətən zəif küləyə baxmayaraq alovun yayılmağa davam etməsinə şərait yaradıb.
Yannaros yanğının bölgənin relyefi və bitki örtüyü istiqamətində yayılmağa davam etdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə