- 17:04
Cənubi Koreyanın paytaxtı Seulda ilk dəfə olaraq ən yüksək səviyyəli istilik xəbərdarlığı elan edilib.
E-huquq.az "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, Seulda kəskin istilər bir sıra fəsadlar törədib.
Şəhərdə gündüz saatlarında temperaturun 38 dərəcəyə çatacağının proqnozlaşdırılır.
Bununla əlaqədar şəhərin cənub-şərq və cənub-qərb hissələrindəki 11 rayon üçün ən yüksək səviyyədə xəbərdarlıq elan edilib.
Əhaliyə açıq havaya çıxmamaq, sərin yerlərdə dincəlmək və və bol su içmək barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə