- 17:04
Afrikanın şimal sahilində yerləşən İspaniyanın anklav şəhəri Seutaya kütləvi miqrant axını zamanı azı 75 qeyri-qanuni miqrant həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Xatırladaq ki, iyulun sonlarında on minlərlə qeyri-qanuni miqrant üzərək şəhərə çatmağa nail olub.
Böhran fonunda İspaniya rəsmiləri şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbi qüvvələri cəlb etmək qərarına gəlib.
Ehtimal edilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.
Humay Eminqızı