- 17:04
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 753 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 16 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 196 823 pilotsuz uçuş aparatı (PUA), 68 294 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 032 səhra artilleriya qurğusu və minaatan, 30 425 ədəd tank və digər zirehli döyüş texnikası, 1 768 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı