- 17:04
Avstraliyada 5300 kilometrlik velosiped turunu tamamlayan 82 yaşlı şəxs Bob Montqomeri vəfat edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyada fəaliyyət göstərən bir assosiasiya motor neyron xəstəliyi (MND) barədə məlumatlılığı artırmaq məqsədilə velosiped turu təşkil edib.
82 yaşlı fəal Bob Montqomeri altı həftə davam edən bu turda iştirak edib və 300 000 Avstraliya dollarından çox vəsait toplayıb.
Ölkənin qərbində yerləşən Qərbi Avstraliya ştatındakı bir şəhərdən yola düşən 82 yaşlı Montqomeri təxminən 5300 kilometr məsafəni velosipedlə qət edərək, avqustun 2-də cənub-şərqdəki Yeni Cənubi Uels ştatında yerləşən öz şəhərinə çatıb.
Montqomeri turun başa çatması münasibətilə avqustun 3-ü keçirilən tədbirdən sonra evə qayıdarkən halı pisləşərək vəfat edib.
Şəbnəm Mehdizadə