- 10:14
Filippin sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 7500 nəfər əhalisi olan Sarangani əyalətinin 24 km cənub-qərbində yerləşib.
Yeraltı təkanlar 35 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi bildirilməyib.
Humay Eminqızı