- 11:14
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev vilayətində yerləşən bir sıra logistika mərkəzlərinə zərbələr endirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kiyev yaxınlığındakı Brovarı şəhərində yerləşən "Raben Ukrayna" nəqliyyat-logistika mərkəzi vurulub.
Bildirilib ki, müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) istehsal edən, həmçinin Ukrayna Silahlı Qüvvələrinin təchizatının saxlanılması və paylanmasını həyata keçirən "Trans-Logistic" nəqliyyat-logistika mərkəzinə də zərbələr endirilib.
Nazirliyin məlumatına əsasən, gecə hücumları zamanı PUA komponentlərinin saxlanıldığı "MLP-Çayka" logistika mərkəzi, uzaq və orta mənzilli PUA-lar, robotlaşdırılmış komplekslər və radioelektron mübarizə vasitələrinin istehsalı üçün ikili təyinatlı məhsulların saxlanıldığı "Nova Poçta"nın innovativ terminalı və logistika mərkəzi, eləcə də "Epitsentr" logistika mərkəzi hədəf alınıb.
Bundan əlavə, uzun və orta mənzilli PUA-ların komponentlərinin saxlanıldığı "Terminal Brovary" logistika mərkəzinin də zərbəyə məruz qaldığı bildirilib.
Humay Eminqızı