Seutada ölən qanunsuz miqrantların sayı 141-ə çatıb


  • 10:51

Afrikanın şimal sahilində yerləşən İspaniyanın anklav şəhəri Seutaya kütləvi miqrant axını zamanı azı 141 qeyri-qanuni miqrant həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə "Caminando Fronteras" qeyri-hökumət təşkilatı məlumat yayıb.

Sözügedən statistika iyulun 30-dan avqustun 4-dək olan müddəti əhatə edir.

Xatırladaq ki, iyulun sonlarında təxminən 72 000 qeyri-qanuni miqrant üzərək şəhərə çatmağa nail olub.

Böhran fonunda İspaniya rəsmiləri şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbi qüvvələri cəlb etmək qərarına gəlib.

Ehtimal edilir ki, 70 000 miqrant artıq Mərakeşə geri qayıdıb.

Humay Eminqızı

Oxşar xəbərlər