Sərnişin avtobusu ilə avtomobil toqquşdu, 3 nəfər öldü


  • 11:14

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece rayonunda, D-100 şosesində minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürmə briqadaları tərəfindən avtomobildən çıxarılan üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Bir müddət sonra ərazidə nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər