İtaliyanın 27 şəhərində isti hava ilə bağlı qırmızı həyəcan elan edilib


  • 11:50

İtaliyanın 27 şəhərində isti hava ilə bağlı qırmızı həyəcan elan edilib.

E-huquq.az İtaliyanın ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, ölkədə davam edən həddindən artıq isti hava şəraiti ciddi fəsadlar törədib.

Qırmızı xəbərdarlıq elan edilən şəhərlərin bəzi ərazilərində temperaturun 40 dərəcəyə çatacağı, isti hava dalğasının isə azı bir həftə davam edəcəyi proqnozlaşdırılır.

İtaliyanın Səhiyyə Nazirliyi bəyan edib ki, həddindən artıq istilər bütün əhali üçün sağlamlıq riski yaradır.

Bu xəbərdarlıq təkcə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olanlara deyil, həm də sağlam insanlara şamil edilir.

Qeyd edək ki, İtaliya bu il artıq dördüncü dəfədir ki, güclü istilik dalğası ilə üzləşir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər