- 12:46
Tailandın cənub-qərbindəki Narathivat əyalətində futbol matçı zamanı meydana ildırım düşməsi nəticəsində bir oyunçu həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə "Thai PBS" kanalı məlumat yayıb.
Məlumata görə, vilayətin Sunqai Kolok rayonundakı "Santiphap" stadionunda "Golok FA Cup 2026" turnirinin yarımfinal matçı keçiriliib.
Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydana ildırım düşüb və bir çox futbolçu yerə yıxılıb.
Tibb işçiləri futbolçulara ilkin yardım göstərmək üçün dərhal meydana daxil olub.
Hadisə nəticəsində "Yala FC" klubunun oyunçusu, Tailand vətəndaşı Sofvan Avae həyatını itirib, daha doqquz futbolçu isə xəsarət aldı.
Xəsarət alan bütün futbolçular xəstəxanaya aparılıb.
"Yala FC" rəhbərliyi Avaenin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Şəbnəm Mehdizadə