Yunanıstanda ölən atasının pensiyasını almaq üçün meyitini dondurucuda saxlayan şəxs saxlanılıb


  • 11:59

Yunanıstanda atasının təqaüdünü almağa davam etmək məqsədilə onun cəsədini illərlə bir otelin zirzəmisindəki dondurucuda saxladığı müəyyən edilən şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Polis bəyanatında bildirilib ki, 90 yaşlı təqaüdçü müəllim təbii səbəblərdən vəfat edib.

Peloponnes yarımadasında, Sparta şəhəri yaxınlığındakı Mistras kəndinin sakinləri uzun müddət xəbər ala bilmədikləri həmin yaşlı kişi barədə aidiyyəti qurumlara məlumat veriblər.

Daxil olan məlumat əsasında hərəkətə keçən qruplar, həmin ailəyə məxsus istifadəsiz otelin zirzəmisindəki dondurucuda yaşlı kişinin meyitini aşkar ediblər.

Bildirilib ki, saxlanılan şübhəli şəxs atasının təxminən iki il yarım əvvəl vəfat etməsindən sonra onun meyitini dondurucuya qoyduğunu etiraf edib. Eyni zamanda, yerli sakinlər təqaüdçü müəllimi azı dörd ildir ki, görmədiklərini bildiriblər.

Atasının ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Humay Eminqızı

Oxşar xəbərlər