- 12:46
2029-cu ilin aprelində Yerə təxminən 32 min kilometr məsafədən yaxınlaşacaq "99942 Apophis" asteroidinin insan fəaliyyəti nəticəsində yaranmış kosmik tullantılarla toqquşma ehtimalı araşdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat The Planetary Science Journal elmi nəşrində dərc olunan tədqiqatda yer alır.
İtaliya Milli Tədqiqat Şurasının (CNR) alimləri Apofis asteroidinin Yerə yaxın keçid trayektoriyasını və geostasionar orbitdə (GEO) yerləşən süni kosmik tullantıların vəziyyətini modelləşdiriblər.
Tədqiqatın nəticələrinə görə, "Apofis" Yer üçün heç bir təhlükə yaratmır. Bununla yanaşı, alimlər asteroidin Yer ətrafında toplanmış kosmik tullantılarla toqquşma ehtimalının mövcud olduğunu bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, belə bir toqquşma asteroidin orbitini dəyişdirməyəcək və Yer üçün əlavə risk yaratmayacaq. Lakin hadisə nəticəsində asteroidin səthində kiçik krater yarana və toz buludu əmələ gələ bilər.
Bildirilib ki, Avropa Kosmik Agentliyinin (ESA) RAMSES və NASA-nın OSIRIS-APEX missiyaları Apofisin Yerə yaxın keçidi zamanı planetimizin cazibə qüvvəsinin asteroidə təsirini, o cümlədən səthdə baş verə biləcək dəyişiklikləri və mümkün seysmik aktivliyi araşdırmağı planlaşdırır.
Tədqiqatçılar qeyd edirlər ki, asteroid Yerə yaxınlaşmazdan əvvəl kosmik tullantılarla baş verə biləcək gözlənilməz toqquşma onun təbii vəziyyətinin öyrənilməsini çətinləşdirə bilər.
Araşdırmada həmçinin geostasionar orbit kimi yüksək hündürlüklərdə yerləşən kiçik ölçülü kosmik tullantıların izlənilməsi sahəsində mövcud çatışmazlıqlara diqqət çəkilib. Alimlər bildirirlər ki, Avropa İttifaqının Kosmik Müşahidə Sistemi çərçivəsində istifadəyə veriləcək yeni teleskoplar vasitəsilə 2029-cu ilədək
Şəbnəm Mehdizadə