Tramp Zelenskiyə "Patriot" sistemləri üçün raketlər verməkdən imtina edib


  • 12:46

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı Kiyevin "Patriot" sistemləri üçün yüzlərlə ələkeçirici raket tədarükündən imtina edib.

E-huquq.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatı nəticəsində yaranmış sözügedən raket çatışmazlığına diqqət çəkib.

ABŞ lideri ötən həftə Ağ Evdə keçirilən görüşdə vurğulayıb ki, bu raketlər Vaşinqtona Yaxın Şərqdəki obyektlərini və müttəfiqlərini qorumaq üçün lazımdır.

Humay Eminqızı

Oxşar xəbərlər