Qəzzada ölənlərin sayı 73 381 nəfərə çatıb


  • 14:12

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağında atəşkəsi pozması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 254 nəfərə, yaralananların sayı isə 4 121 nəfərə çatıb.

Dağıntılar altından 804 nəfərin cəsədi çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 381 nəfərə, yaralananların sayı isə 174 231 nəfərə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər