- 16:16
Hindistan hökuməti beyin iltihabına səbəb olan Çandipura virusu nəticəsində 22 uşağın həyatını itirməsindən sonra tədbirlərə start verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyi 22 uşağın ölümünə səbəb olan Çandipura virusu ilə bağlı bəyanat yayıb.
Bildirilib ki, Qucarat və Racastan ştatlarında virusla mübarizə aparmaq üçün xüsusi səhiyyə qrupları fəaliyyətə cəlb olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çandipura virusu əsasən musson mövsümündə qum milçəkləri, ağcaqanadlar və gənələr vasitəsilə yayılır.
Bu virus insanlarda beyin iltihabına səbəb ola bilər və ağır hallarda ölümlə nəticələnir.
Şəbnəm Mehdizadə