Meksikalı influenser canlı yayım zamanı güllələnərək öldürülüb


  • 15:59

Meksikanın Sinaloa ştatında sosial media fenomeni Sezar Qasteluma qarşı silahlı hücum həyata keçirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Sezar Qastelum dostları ilə "TikTok"da canlı yayım edərkən güllələnib.

Belə ki, Qastelum canlı yayım zamanı motosikletdə olan iki nəfərin hücumuna məruz qalıb. O, başından silahla vurularaq həyatını itirib.

Hücum anını əks etdirən görüntülərdə dəbilqəli iki nəfərin birbaşa onu hədəf aldığı görünür.

Sinaloa ştatının təhlükəsizlik rəsmisi hadisə ilə bağlı irimiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər