Türkiyədə ağır qəza: ölənlər var


  • 16:51

Türkiyənin Aydın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Karacasu rayonunda pikapın aşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis və jandarma qrupları cəlb edilib.

Sürücününü hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə Karacasu və Nazillidəki xəstəxanalara aparılıblar.

Onlardan birinin həyatını xilas etmək mümükn olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər