- 19:18
Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən etibarən ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğu məsələsinin araşdırılmasına başlayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Məlumata görə, sazişdə əks olunan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib.