- 11:05
Almaniyanın Leypsiq şəhərindəki Halle hava limanında partlayıcı qurğu daşıyan pilotsuz uçuş aparatı aşkar edilib.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, bu barədə Almaniya polisi məlumat yayıb.
Polisin açıqlamasına görə, gecə saatlarında bir əməkdaşın Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı qurğu aşkar etməsindən sonra əraziyə partlayıcı maddələri zərərsizləşdirən robot göndərilib. Eyni hava limanının yaxınlığında naməlum ikinci bir obyekt də yük təyyarəsi ilə toqquşub; təyyarə yüngül zədələrlə Hannoverə eniş edib.
Almaniya hava limanları son aylarda hərbi bazalar, hava limanları, enerji terminalları, limanları və logistika şirkətləri üzərində icazəsiz dron uçuşlarından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.
Sözügedən hava limanı Almaniya ordusu və NATO müttəfiqləri tərəfindən hərbi təchizatın daşınması üçün istifadə olunur. Hava limanı həmçinin DHL logistika qrupu üçün əsas mərkəz kimi xidmət edir.
Uçuşlar dərhal dayandırılıb. Bəzi təyyarələr ehtiyat aerodromlara yönləndirilib.
Şəbnəm Mehdizadə