- 11:05
Perunun Maçu-Piçu şəhəri yaxınlığında meşə yanğını 1,5 hektar ərazini əhatə edib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Mühafizə Olunan Təbii Ərazilərin Qorunması üzrə Milli Xidməti məlumat yayıb.
Texniki qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib ki, bu, yerüstü və torpaqaltı olmaqla qarışıq tipli yanğındır.
Meşənin dik yamaclarda yerləşməsi yanğınsöndürmə işlərinə xüsusilə çətinlik törədir.
Uçqun təhlükəsi səbəbindən Aguas-Kalyentes yaşayış məntəqəsinə gedən dəmir yolu müvəqqəti olaraq dayandırılıb.
Maçu-Pikçu Perunun cənubunda, Kusko şəhərindən təxminən 100 km məsafədə, dəniz səviyyəsindən 2 400 metr yüksəklikdə yerləşən qədim İnka yaşayış məskənidir. Şəhər təxminən 1500-cü ildən bir qədər əvvəl salınıb. Qədim qala və yaşayış kompleksi “UNESCO”nun Dünya İrs Siyahısına daxildir.
Humay Eminqızı