- 15:58
Rusiyanın Omsk şəhərinin Maslennikov küçəsində "Lada Granta" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyadaların üzərinə sürüb.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.
Hadisə nəticəsində 7 piyada və 1962-ci il təvəllüdlü avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, sürücüdə ürəklə bağlı səhhət problemi yarandığı üçün qəza baş verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Humay Eminqızı