Kursk vilayətinə müdaxiləyə görə 470-dən çox ukraynalı hərbçi həbs cəzasına məhkum edilib


  • 15:58

Ukrayna silahlı birləşmələrinin 470-dən çox hərbi qulluqçusu Kursk vilayətinə müdaxilədə iştirak etdiyinə görə Rusiyada məhkum edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti TASS-ın sorğusuna cavab olaraq bildirib.

Onlardan 89-u axtarışda olduqları və məhkəmədə iştirak etmədikləri üçün qiyabi məhkum edilib.

Məlumata görə, hökm oxunanlar arasında 13 ölkədən olan 36 xarici muzdlu döyüşçü də var.

Prokurorluqdan bildirilib ki, sözügedən şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına, o cümlədən ömürlük həbs cəzasına məhkum ediliblər.

Rusiya Baş Hərbi Prokurorluğu bildirmişdi ki, Ukrayna silahlı birləşmələrinin Kursk vilayəti ərazisindəki hərəkətləri Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsi (əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olan terror aktının törədilməsi) ilə tövsif edilib.

Humay Eminqızı

Oxşar xəbərlər