- 15:58
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 1 155 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 20 idarə olunan aviabomba və ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış raket də məhv edib.
Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən bir gün ərzində məhv edilən ən çox sayda dron 1 158 ədəd olmaqla avqustun 2-də qeydə alınıb.
Humay Eminqızı